İnternat məktəbləri arasında mini-futbol

AFFA-nın təşkilatçılığı, HOMS cəmiyyətinin dəstəyi ilə 16-17 martda Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin mini-futbol meydançasında valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında mini-futbol keçiriləcək. 

Allsport.az saytı xəbər verir ki, turnirdə 2 saylı internat məktəbi ilə yanaşı, Türkan qəsəbəsində yerləşən 6 saylı, Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəbləri də iştirak edəcək.

Yekunda qalib komandaya kubok, sonrakı yerləri tutan komandalara isə müvafiq medallar təqdim olunacaq. Həmçinin AFFA tərəfindən turnir ərzində müxtəlif nominasiyalar üzrə fərqlənmiş oyunçulara və bütün iştirakçılara hədiyyələr veriləcək.

Həmin kateqoriyadan