“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Cocuq Mərcanlıda

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. 

Bu layihə prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə milli olimpiya komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 

Tədbirdə Azərbaycan uşaq və gənclər futbol federasiyasının prezidenti Rauf Əliyev, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, millət vəkilləri Ceyhun Məmmədov, Vüqar Bayramlı və rayon ictimayyətinin nümayəndələri iştirak edib. 

Qeyd olunan layihə üzrə 2021-ci il ərzində ölkənin müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu tədbirlərin digər zonalarda da həyata keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan