“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Naftalan və Goranboyda

AFFA-nın dəstəyi, Naftalan və Goranboy rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbirlər keçirilib. Allsport.az saytı xəbər verir ki, bu layihə prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Milli olimpiya komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Tədbir çərçivəsində Naftalan və Goranboyda 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib. Toplantıda AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Naftalan icra başçısı Vüqar Novruzov, Goranboy rayonunun rəhbəri Məhərrəm Quliyev, Naftalan-Goranboy seçki dairəsindən seçilmiş deputat Anar Məmmədov, Milli Məclisin deputatı Arzu Nağıyev və rəsmi şəxslər iştirak ediblər.

Həmin kateqoriyadan