“Kəndlərdə idmanı inkişaf etdirək”

AFFA-nın, uşaq gənclər futbol federasiyasının və İmişli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişlidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Allsport.az saytı xəbər verir ki, bu tədbir prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə milli olimpiya komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihədə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və toplar verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti Rauf Əliyev, İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, milli məclisin deputatları Razi Nurullayev və Sabir Hacıyev iştirak ediblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan