“Kəpəz” məşq mərkəzi və futbol məktəbinə media tur

AFFA-nın təşkilatçılığı ilə “Kəpəz” məşq mərkəzi və futbol məktəbinə media turu keçirilib. Allsport.az saytı xəbər verir ki, qonaqlar orada yaradılan şəraitlə tanış olublar. Birliyin infrastruktur departamentinin rəhbəri Fuad Cəfərov müəyyən məlumat verib, jurnalistlərin suallarını cavablandırıb. 
FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş məşq mərkəzi və futbol məktəbi bütün zəruri avadanlıqlarla təhciz olunub. Ərazidə assosiasiya tərəfindən 2 təbii və 1 süni örtüklü meydança salınıb. 

Akademiya otaqları: 8 otaq – 52 nəfərlik
∙  Əsas komanda üçün otaqlar: 16 otaq – 44 nəfərlik
∙  1 restoran, 1 mətbəx
∙  Fitnes, sauna, 4 paltardəyişmə otağı
∙  Tibb otaqları
∙  İclas otağı
∙  Kəpəz PFK əməkdaşları üçün ofis
∙  İnzibati heyət üçün otaqlar
∙  İstirahət otağı
∙  Camaşırxana
∙  Texniki və xidməti otaqlar

Həmin kateqoriyadan