- Baxış sayı: 26
- 05 Noyabr 2026 10:00
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Kəpəz” PFK ictimai birliyinin idarə heyətinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, Namiq Qədirov idarə heyətinin yeni sədri seçilib.
İdarə heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.
İdarə heyətinin sədri və üzvləri məşq mərkəzi və “Kəpəz” futbol akademiyası ilə tanış olaraq, əsas komandanın məşqçi korpusu və futbolçularla görüşüblər. Onlar məşq prosesini də izləyiblər.