Klublar Komitəsinin Əsasnaməsi açıqlandı

AFFA Klublar Komitəsinin Əsasnaməsini açıqlayıb. Allsport.az sizi həmin Əsasnamə ilə tanış edir:

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Premyer Liqa Klubları Komitəsinin (bundan sonra Klublar Komitəsi) fəaliyyətini tənzimləyir.

1.2. Klublar Komitəsi öz fəaliyyətini AFFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənmiş Əsasnamə əsasında həyata keçirir.

1.3. Klublar Komitəsi öz işində bu Əsasnaməni, FİFA, UEFA və AFFA-nın normativ sənədlərini və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.

1.4. Əsasnamənin etibarlılıq müddəti məhdudiyyətsizdir. Dəyişikliklər və əlavələr AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq olunur.

2. Əsas vəzifələr

Klublar Komitəsinin əsas vəzifələri aşağıdakılardır:

2.1. Premyer Liqa Komandaları arasında peşəkar münasibətlərin artırılması.

2.2. Premyer Liqa Komandalarının problemlərinin müzakirəsi.

2.3. Premyer Liqa Komandalarının hüquqlarının müdafiə olunması.

2.4. Futbolçular və Klublar arasında münasibətlərin müzakirə olunması.

2.5. Futbolçular, məşqçilər və digər futbol oyunu iştirakçıları tərəfindən futbol oyun qaydaları və intizam qaydalarına riayət olunması.

2.6. Yığma komandaların çıxışlarına münasibət bildirilməsi.

2.7. Liqalarla bağlı müzakirələrin aparılması.

4. Klublar Komitəsinin strukturu

4.1. Klublar Komitəsinin üzvləri hər bir Premyer liqa komandası tərəfindən 1 üzv olmaqla təyin olunur. Klublar, Komitədə Prezident, vitse-prezident və ya icraçı direktor şəxsində təmsil oluna bilər. Sadalanan şəxslər olmadıqda onu klubun digər vəzifəli şəxsi təmsil edə bilər. Bu əvəzetmə müvəqqəti hal daşıyır.

4.2. Klublar Komitəsinin fəaliyyətinə rəhbərliyi üzvlərin öz aralarından seçdiyi Sədr həyata keçirir. Sədr mövcud üzvlərin sırasından 6 ay müddətinə seçilir.
4.3. Klublar Komitəsinin iclası ən azı ayda 1 dəfə keçirilir. İclas komitənin katibi tərəfindən protokollaşdırılır.

5. Klublar Komitəsinin hüququ və Məsuliyyəti

5.1. Klublar Komitəsinin bütün qərarları tövsiyə xarakterlidir.

5.2. Klublar Komitəsi aşağıdakı hüquqlara malikdir:

– hər bir komitə üzvünün Azərbaycan Premyer Liqası ilə bağlı istənilən məsələnin müzakirəsini tələb etmək hüququ var;

– İcraiyyə Komitəsinin müzakirəsinə Azərbaycan Premyer Liqası ilə bağlı əhəmiyyətli məsələləri çıxarmaq və onları müzakirə etmək.

Klublar Komitəsi aşağıdakılara görə məsuliyyət daşıyır:

– qəbul olunan qərarlarda bu Əsasnamənin, FİFA, UEFA və AFFA-nın normativ sənədlərinin tələblərinə riayət olunmasına görə;

– Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mövqeyinin müdafiə olunması və onun nüfuzuna xələl gətirilməməsinə görə;

– milli komandaların nüfuzunun möhkəmləndirilməsinə görə.

Həmin kateqoriyadan