Klublar Komitəsinin yeni sədri bəlli oldu: “Kiməsə fərq qoymayacağam”

Bu gün – dekabrın 24-də “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, saat 11:00-da başlayan iclasda sədr dəyişikliyi gerçəkləşib.

Xatırladaq ki, bu qurum yaranarkən “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinə sədr seçilmişdi. Bu gün isə komitəyə yeni sədr seçilib. Belə ki, Nadirov öz namizədliyini verməyib. Seçki nəticəsində AzAL klubu daha çox (6) səs toplayaraq, növbəti il üçün Klublar Komitəsinə sədrlik etmək hüququ qazandı. “Sumqayıt” 1, “Qəbələ” 2 səs topladı. “Qarabağ” klubundan isə bu toplantıda heç kim iştirak etməyib.

Qeyd edək ki, AzAL-dan bu iclaslara qatılan vitse-prezidenti Fikrət Hüseynov ona həvalə olunan sədrlik vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışacağını bəyan edib: “Mənə etimad göstərdiyinə görə, hər bir kəsə təşəkkürümü bildirirəm. Mən burada kiməsə fərq qoymayacağam. Əl-ələ verib işləyəcəyik. Futbolumuzu inkişaf etdirməyə çalışacağam”.

Həmin kateqoriyadan