- Baxış sayı: 41
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 160
- Avqust 05, 2026
- 0

Azərbaycan premyer liqasının IV turunda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, matçın ağır olacağını bildiklərini söyləyib: “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsində yer alsa da, heyətində təhlükəli futbolçular vardı. Komanda olaraq ortaya yaxşı iş qoyduq. Alınmayan detallar da oldu. Layiqli qələbə qazandıq və bu münasibətlə futbolçularımı təbrik edirəm.
Komandamızda keyfiyyətli futbolçular yer alıb. Ancaq onların ustalıq səviyyəsi nə qədər yüksək olsa da, rəqibin də müdafiəçilərini unutmamalıyıq. Hücumçularımız üzərlərinə düşəni etməyə çalışdılar”.