Konstantin Abramenko – 100!

Bu gün ölkəmizdə uşaq futbolunun inkişafında müstəsna xidmətləri olan Konstantin Abramenkonun anadan olmasından 100 il ötür. Allsport.az saytı xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman işçisi 82 yaşına kimi Gəncədə özünün qurub-yaratdığı “Lokomotiv” meydançasında neçə-neçə gənc nəslin futbolçu kimi yetişməsində böyük əmək sərf edib.

Onun 100 illik yubileyi ilə bağlı “Kəpəz” klubunun nəzdində fəaliyyət göstərən futbol akademiyasının rəhbərliyi, məşqçiləri və oyunçuları, eləcə də əsas və əvəzedici komandaların məşqçi və futbolçu heyəti dahi məşqçinin məzarını ziyarət edib. Klubun idarə heyətinin təşəbbüsü ilə Fəxri xiyabanda Abramenkonun yenilənən məzar daşı önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

Yetirmələri “Kostya dayı” ilə bağlı xatirələrini bölüşərək, müəllimlərini böyük hörmətlə anıblar. Konstantin Abramenkonun dövrünün bacarıqlı, zəhmətkeş məşqçisi olduğu bildirilib. Digər çıxış edənlər onun Azərbaycan futboluna 10-larla güclü oyunçu bəxş etdiyini vurğulayıblar. Abramenkonun qoyduğu ənənənin akademiyada davam etdirilməsinin vacibliyi qeyd edilib.

Həmin kateqoriyadan