Kütləvi futbol həftəsinə yekun 

UEFA kütləvi futbol həftəsi çərçivəsində AFFA-nın təşkilatçılığı, Göyçay gənclər və idman idarəsinin dəstəyi ilə oktyabrın 5-də rayonstadionunda 11-14 yaşlı uşaqlar üçün əyləncəli futbol festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirə 100-dən çox uşaq cəlb olunub.

Festival zamanı futbol oynayan iştirakçılar, topla müxtəlif hərəkətlər icra edib, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda hər bir iştirakçıya AFFA və UEFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Hədiyyələri iştirakçılara kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, Göyçay rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, gənclər və idman idarəsinin rəisi Elşən Şirinov və digər rəsmi şəxslər birlikdə təqdim edib.

Həmin kateqoriyadan