«La Gazzetta Dello Sport»: «Qarabağ» qrupdan çıxmaq üçün bütün gücünü ortaya qoymuşdu

««Qarabağ»la oyunda gənc neradzurri baş məşqçini təəccübləndirmədi». Allsport.az saytının məlumatına görə, bunu İtaliyanın nüfuzlu «La Gazzetta Dello Sport» nəşri dünən Avroliqanın «F» qrupunda keçirilmiş Milan «İnter»inin səfər matçına şərhdə qeyd edib. Həmkarlarmıız, «qara-göylər»də hər şeyin yaxşı getdiyini dərc ediblər. Amma yazıblar ki,  komandalarının məqsədə çatıb-çatmadıqlarını dəqiq fikir yürüdə bilməzlər.

«İnter»in baş məşqçisi Roberto Mançini açıqlamasında, 3-4 gənc futbolçu ilə oynamaqlarına rəğmən, Bakıdan sərfəli nəticə ilə qayıtdığını deyib: «Qalib gəlmək çətin olardı. Çünki «Qarabağ» qrupdan çıxmağı düşünürdü. Ona görə, rəqib bizi məğlub etmək üçün bütün gücünü ortaya qoymuşdu».

Həmin kateqoriyadan