- Baxış sayı: 41
- 24 Sentyabr 2026 23:55
- Baxış sayı: 78
- Sentyabr 24, 2026
- 0
“Neftçi”nin hücumçusu Anyete Bolqarıstanın “Levski” klubunda çıxış edən həmyerlisi – ispaniyalı Migel Bedoyanı komandasının heyətində görmək istəyir. Allsport.az saytının məlumatına görə, belə bir iddia ilə Bolqarıstan mətbuatı çıxış edib.
Bildirilir ki, Bedoya yayda “Neftçi”yə keçəcək. Onun “Levski” ilə müqaviləsinin müddəti bitəcək. Lakin futbolçu bolqarlarla yeni müqavilə imzalamaq istəmir. Məhz bundan istifadə edən Anyete onu Bakı klubuna keçməyə razı salmağa çalışır.