- Baxış sayı: 44
- 21 Sentyabr 2026 23:56
- Baxış sayı: 229
- Sentyabr 17, 2026
- 0

“Liverpul”un müdafiəçisi İfeanyi Ndükve mövsümün sonunadək “Levante”yə icarəyə verilib.
Allsport.az xəbər verir ki, 20 yaşlı futbolçu bu yay “Avstriya”dan Mersisayd təmsilçisinə keçib və mövsümöncəsi hazırlıq çərçivəsində 4 oyunda iştirak edib.
Ndükve İngiltərədə oynamaq üçün icazə ala bilməyib. “Levante”də La liqada çıxış etməsi isə ona tələb olunan meyarlara cavab verməyə kömək edəcək.
“Liverpul”un müdafiəçini yanvarda icarədən geri qaytarmaq hüququnun olduğu bildirilir.