“Məktəblərdə futbol” mövzusunda tədbir

Bakı olimpiya stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı başa çatıb.

Allsport.az saytı xəbər verir ki, “Məktəblərdə futbol” mövzusunda keçirilən tədbirdə AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edib.

UEFA-nın kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti Per Ravn Omdal toplantının mövzusu ilə bağlı təcrübələrini bölüşüb.

Həmin kateqoriyadan