“Maklaren” keçmiş sponsorundan ödəniş tələb edir

Formula-1 komandası “Maklaren” keçmiş sponsor “Huski Chocolate”dan müqavilə borclarını qaytarmaq üçün hüquqi mübarizə aparır.

Allsport.az xəbər verir ki, Britaniya komandası ilə İsveç şirkəti 2019-cu ildə müqavilə imzalayıb.

Məlumata görə, “Huski Chocolate” iflas elan edib, ona görə də iddianın təmin ediləcəyi ehtimalı az görünür. “Maklaren” keçmiş sponsorla hələ ötən ilin avqustunda əlaqə saxlayıb və Britaniya məhkəməsinin qərarını təqdim edib.

Təmin olunmayan müqavilə sövdələşməsinin məbləği 4,66 milyon avro olaraq qiymətləndirilir.

Həmin kateqoriyadan