“Karyeramın sonunu proqnozlaşdıran insanlar var, amma mən bu barədə heç düşünmürəm”

“Ferrari”nin sürücüsü Lüis Həmilton, Formula 1-dən təqaüdə çıxmaq planının olmadığını bildirib. Allsport.az saytı xəbər verir ki, 41 yaşlı britaniyalı müqaviləsinin 2027-ci il mövsümünün sonuna qədər davam edəcəyini təsdiqləyib:

“Mənim üçün hər şey 100% aydındır – mən ilhamlı və diqqətli qalıram. Etdiyim işi bütün qəlbimlə sevirəm. Ona görə də uzun müddət sizinləyəm.

Karyeramın sonunu proqnozlaşdıran insanlar var, amma mən bu barədə heç düşünmürəm. Növbəti addımlar və 5 ildən sonra necə olacağı barədə düşünürəm. Uzun müddət yarışmağı planlaşdırıram”.

2026-cı il mövsümündə o (51 xal) sürücülərin reytinqində Lando Norrisdən (51), Çarlz Leklerkdən (59), Corc Rasseldən (80) və Kimi Antonellidən (100) sonra beşinci yerdədir.

Həmin kateqoriyadan