Maykl Essyen “Sabah”ın futbol akademiyasının qonağı olub

Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah” klubunun akademiyasının qonağı olub. Allsport.az saytı xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarının Bakı olimpiya stadionunda məşqində görünərək, azyaşlılara sürpriz edib.

Görüşdə qonaq akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün məsləhətlərini verib. Sonra azyaşlı futbolçularımız arasında əyləncəli yarış keçirilib.

Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Maykl Essyenin imzalı köynəyi hədiyyə olunub.

Həmin kateqoriyadan