- Baxış sayı: 27
- 07 May 2026 13:09
- Baxış sayı: 72
- May 06, 2026
- 0

“Qarabağ”ın futbolçusu Kevin Medinanın yubileyi VI tura təsadüf edib. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” ilə ev matçına (2:0) start heyətində çıxan kolumbiyalı müdafiəçi Azərbaycan çempionatında 100-cü oyununu keçirib.
Cənubi amerikalı premyer liqada yalnız “Qarabağ”da çıxış edib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qol vurub. Medina “kəhət atlar”la Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 36-cı futbolçudur.