- Baxış sayı: 22
- 25 Mart 2025 16:25
- Baxış sayı: 36
- Mart 24, 2025
- 0
AFFA-nın təşkilatçılığı, Naxçıvan futbol federasiyası və “Araz Naxçıvan” klubunun dəstəyi ilə UEFA kütləvi futbol həftəsi çərçivəsində 11-14 yaşlı uşaqlar arasında festival xarakterli əyləncəli minifutbol turniri keçirilib.
Allsport.az saytı xəbər verir ki, muxtar respublikada keçirilən və 2 yaş qrupu üzrə ümumilikdə 16 komandanın iştirak etdiyi turnirə 80-dən çox uşaq cəlb olunub. Yekunda iştirak edən hər bir uşağa UEFA və AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Hədiyyələri iştirakçılara kütləvi futbol departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Naxçıvan futbol federasiyasının prezidenti Vüqar Abbasov, vitse-prezident Sakit Rzayev və “Araz Naxçıvan” klubunun rəsmiləri birlikdə təqdim ediblər.