- Baxış sayı: 7
- 17 İyun 2025 20:58
- Baxış sayı: 83
- İyun 17, 2025
- 0
Gələn həftə ölkəmizdə minifutbol üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə dənizkənarı bulvarda “azarkeş ərazisi” təşkil olunub. Açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak etdi. O, rəhbərlik etdiyi qurumun futbolun inkişafına töhfəsindən və gələcək hədəfdən danışdı:
“Bildiyiniz kimi, ölkədə çoxlu olimpiya komplekslərimiz və digər idman qurğularımız mövcuddur. Bəziləri 20 ildən çoxdur tikilmişdi, bəzilərində təmirə ehtiyac vardı. 3-cü MDB oyunları çərçivəsində yarışların keçiriləcək şəhərlərdə idman qurğuları əsaslı təmir olunub, yeniləri istifadəyə verilib.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən ötən il Gəncədə nəhəng olimpiya idman zalının açılışı oldu. İnşallah, bu il tam müasir tələblərə cavab verən Gəncə şəhər stadionunun açılışı gözlənilir. Xankəndidə də stadion əsaslı təmir olunur. Təbii ki, bu istiqamətdə işlər növbəti illərdə də davam edəcək”.