“Neftçi” Avropa nəhəngləri ilə üz-üzə

“Neftçi”nin 11 yaşadək futbolçuları beynəlxalq turnirə yollanacaq. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” Türkiyədə “Fənərbağça”nın “Dərəağzı Lefter Küçükandonyadis” bazasında mübarizə aparacaq.

Noyabrın 11-də start veriləcək yarışda ev sahibi ilə yanaşı, “Beşikdaş”, “Qalatasaray”, eləcə də “Atletiko”, “İnter”, “Yuventus”, “Vilyarreal” kimi Avropa nəhəngləri çıxış edəcəklər.

Turnirdə ümumilikdə 16 komanda yer alıb. Digər iştirakçılar “Başağşəhər”, “Altunordu”, “Göztəpə”, “Altay”, “Manisa”, “Adana Dəmirspor”, “Gölcüq Qaradəniz” və Sofiya MOİK-idir.

Həmin kateqoriyadan