ÖZƏL
«Neftçi» qışda Elnur Allahverdiyevlə ayrılacaq

Ölkə çempionatında qarşısına ciddi hədəf qoymuş «Neftçi» klubu arxa xətdə olan boşluğu aradan qaldırmaq istəyir.

Allsport.az saytı xəbər verir ki, «ağ-qaralar» cari mövsümdə milli komandanın üzvü Mahir Şükürovla makedoniyalı legioner İqor Mitreski ilə yollarını ayırandan sonra, onsuz da problem yaşadığı müdafiədə daha artıq sıxıntı çəkir.

Üstəlik, 6-qat ölkə çempionu Premyer liqanın gedişində intizamsızlığa görə braziliyalı Bruno Bertuççi ilə də vidalaşdı. Bizə daxil olan bilgiyə görə, «Neftçi» arxa xətdə çıxış edən Elnur Allahverdiyevdən razı deyil və qış fasiləsində onunla ayrılmağı planlaşdırır.

Həmin kateqoriyadan