- Baxış sayı: 41
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 160
- Avqust 05, 2026
- 0

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, “ağ-qaralar” nigeriyalı futbolçu İfeanyi Metyu ilə anlaşıb.
28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika kubokunun qalibi olub.