- Baxış sayı: 27
- 07 May 2026 13:09
- Baxış sayı: 72
- May 06, 2026
- 0
“Neftçi”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Allsport.az xəbər verir ki, bu post bundan əvvəl “ağ-qaralar”ın U-19 komandasını çalışdırmış Samir Əliyevə tapşırılıb.
Samir Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la bu gün keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.
Bundan başqa, “Neftçi”nin U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub.