“Neftçi”də yeni təyinat

Türkiyəli Camal Bülbül “Neftçi” futbol akademiyasının texniki direktoru vəzifəsinə təyin olunub. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

O, “Qarşıyaxa” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışıb, “Altunordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib.

2015-ci ilin dekabrından Türkiyə futbol federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Həmin kateqoriyadan