“Neftçi”dən təkzib

“Neftçi”nin əcnəbi baş məşqçi ilə danışıqlar apardığına dair yayılan xəbərlərə klubdan rəsmi açıqlama gəlib. Allsport.az saytı xəbər verir ki, həmin açıqlamada bunlar qeyd olunub:

“Son dövrlər mətbuatda “Neftçi”nin əcnəbi mütəxəssislə danışıq apardığına, hətta razılığa gəlindiyinə dair xəbərlər yayılmaqdadır. Diqqətinizə çatdırırıq ki, “Neftçi” heç bir mütəxəssislə danışıq aparmır, bu cür xəbərlərin də heç biri həqiqəti əks etdirmir.

Mövsümün vacib oyunu öncəsi (“Qarabağ”la kubokun final matçı nəzərdə tutulur – red.) komanda daxilindəki atmosferə təsirsiz ötüşməyə bilməz. Bununla əlaqədar belə xəbərləri yayarkən onu dəqiqləşdirməyinizi xahiş edirik”.

Həmin kateqoriyadan