«Neftçi»nin müdafiəçisi hakimdən gileyləndi, «Qarabağ»a savaş açdı

Neftçi”nin müdafiəçisi Karlos Kardoso azerisport.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, müdafiəçi, ölkə çempionatının 13-cü turunda dünən keçirilmiş «Xəzər Lənkəran»la matçda hakimdən gileylənib:

«Yaxşı oyun göstərdik. Amma hakim hər şeyi korladı. Futbolda oyunu hakim yox, futbolçular korlaya bilər. Amma bu görüşdə həmin funksiyanı tamamilə hakimlər həyata keçirdilər. Bizim onlara kömək etməyimizə ehtiyac qalmadı.
Düzdür, deməzdim ki, xal itirməyimizdə yalnız refelilər günahkardır. Amma onun qərarları nəticəyə təsirini göstərdi. Hər şey başqa cür də başa çata bilərdi».

Braziliyalı legioner «ağ-qaralar»ın çempionluq imkanlarını da dəyərləndirib. O deyib ki, komandası sonadək Ağdam təmsilçisi ilə rəqabətdə olacaq: «Biz sonadək “Qarabağ”la mübarizə aparacağıq. “Neftçi” dayanmayacaq».

Həmin kateqoriyadan