“Neftçi”nin U-15 komandası çempionu olub

“Neftçi”nin U-15 komandası “Bulvar otel” liqasının çempionu olub. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” sonuncu turda “Zaqatala” ilə qarşılaşmalı idi. Lakin rəqib komanda oyuna gəlmədiyinə görə, AFFA-nın intizam komitəsinin bugünkü qərarına əsasən “Neftçi”yə 3:0 hesablı texniki qələbə verilib. Eldəniz Məmmədovun komandası “Qəbələ” ilə eyni sayda (69) xal toplasa da, şəxsi oyunlardakı üstünlüyə görə (0:0, 3:2) çempionluğa layiq görülüb.

Qeyd edək ki, mayın 3-də qızıl medallarla mükafatıandırılacaq “Neftçi” bu mövsüm 26 oyundan 22-də qələbə qazanıb, 3-də heç-heçə edib, 1-də isə məğlub olub. Rəqib qapılarından 118 top keçirən “ağ-qaralar” öz qapısından 16 top buraxıb. Komandamızın üzvü Oruc Məmmədov isə 45 qolla çempionatın ən yaxşı bombardiri olub.

Həmin kateqoriyadan