“Neftçi”nin yeni mövsüm üçün hazırlıq məqsədi müəyyənləşib

Allsport.az saytı xəbər verir ki, bayraqdar 2 mərhələdən ibarət təlim-məşqin 1-cisini iyunun 20-dən 28-dək Bakıda öz futbol mərkəzində keçəcək. Toplanışın 2-ci hissəsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində olacaq.

“Livada Prestij”də məskunlaşacaq komandamız bu mərhələdə 4 yoxlama görüşü keçirməyi düşünür. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Həmin kateqoriyadan