“O, istəsə bura gəlib klubun rənglərini belə dəyişə bilərdi”

Allsport.az xəbər verir ki, “İnter Mayami”nin müdafiəçisi Deandre Yedlin komanda yoldaşı Lionel Messi haqda danışıb:

“Onun meydandan kənarda necə olacağını bilmirdik. O, istəsə, bura gəlib klubun rənglərini belə dəyişə bilərdi… Amma o, sadəcə komandanın bir hissəsi olmaq istədi. Xüsusilə gənc futbolçuları görmək onun üçün çox xoş idi.

Mən gənc olanda bunu yaşamışam: yaxşı oynayanda bir az eqo problemi yaranır. Amma indiyə qədər yaşamış ən böyük oyunçunun gəlib hamı ilə danışdığını, zarafatlaşdığını, gənc oyunçulara məsləhət verdiyini və hamıya hörmət edib və təşəkkür etdiyini görəndə çox insan təəcüblənir”.

Həmin kateqoriyadan