Kompani “salat qabı”nı gətirməyi unudub. “Bavariya”nın şənliyini məşqçinin həyat yoldaşı xilas edib

Bundesliqanın son oyunundan sonra “Bavariya”ya “gümüş salat qabı” verilib və bu, Luis Diası çaşdırıb. Allsport.az saytı xəbər verir ki, həmin axşam oyunçular, klub işçiləri və onların ailələri üçün ziyafət təşkil edilib. Növbəti gün komanda ənənəvi olaraq titulunu Marienplaçda azarkeşlərlə birlikdə qeyd edib.

Əyləncədən sonra Almaniya çempionunun kubokunun Münhenin əsas meydanına çatdırılması unudulub. Məlum olub ki, qənimətə Vinsent Kompani cavabdehdir. Baş məşqçi izah edir:

“Kubokun itdiyini anladığımız zaman artıq şənlik yerində idik. Birdən yadıma düşdü: “Düz deyirsən! Evdədir”. Deyəsən, “Salat qabı” mətbəximdə idi. Tamamilə unutmuşdum ki, həmin gecə kimsə mənə kuboku verib “Vinni, sabah özünlə apar” demişdi. Mükafatı geri gətirən həyat yoldaşım idi”.

Həmin kateqoriyadan