Məşqçi kimi 600-cü qələbəsi

20 mayda Unay Emerinin rəhbərlik etdiyi “Aston Villa” Avropa liqasının finalında Almaniyanın “Frayburq” komandasını 3-0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, bu qələbə ilə ispaniyalı mütəxəssis 600-cü uğuruna yetişib.

O, ümumilikdə 1120 oyun keçirib: 600 qələbə, 240 heç-heçə və 280 məğlubiyyət. Emerinin məşqçi kimi ilk qələbəsi, 9 yanvar 2005-ci ildə “Lorca”nın sükanı arxasında debüt matçında, komandası “Ecija”nı səfərdə 3:0 hesabı ilə məğlub etdiyi zaman qazanılıb.

Həmin kateqoriyadan