- Baxış sayı: 207
- 15 May 2026 14:42
- Baxış sayı: 77
- May 18, 2026
- 0

Bolqarıstanın Samokov şəhərində yeniyetmələrin Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə millimiz bu dəfə də uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla, komanda hesabında 2-ci olub. Gürcüstan 124 xalla ilk “3-lüy”ü qapayıb.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi ilə Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medala yiyələnib.