“Komanda ruhu, birlik və motivasiya da uğurun ən vacib hissələrindəndir”

Çimərlik güləşi üzrə millinin üzvləri asudə vaxtlarını səmərəli keçirilər. Allsport.az saytı xəbər verir ki, Oyan Nəzrlinin rəhbərliyi ilə həftə sonunda onlar “Əmir Teymur” filmini izləyiblər. Baş məşqçi öz sosial hesabında bununla bağlı paylaşım edib:

“Təlim-məşq toplantıları yalnız fiziki hazırlıqdan ibarət deyil. Komanda ruhu, birlik və motivasiya da uğurun ən vacib hissələrindəndir.

Bugün tələbələrimizi “Əmir Teymur” filmini izləməyə apardıq. Məqsədimiz yarış öncəsi həm motivasiyanı artırmaq, həm də komandamızdakı ailə ruhunu daha da gücləndirmək idi”.

Həmin kateqoriyadan