“Latsio”dan “Atalanta”ya?

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri “Atalanta”nı idarə etməyə yaxındır. Allsport.az saytı xəbər verir ki, 67 yaşlı mütəxəssislə danışıqlar son mərhələdədir. Onun müqaviləsi 2029-cu ilə qədər davam edəcək və ildə 3,5 milyon avro maaş alacaq.

Sarri 2025-ci ildən “Latsio”nu çalışdırır. Onun anlaşması 2027-ci ilin yayına qədər davam edəcək. O, əvvəllər “Çelsi”, “Yuventus”, “Napoli”də çalışıb.

37 oyundan sonra “Atalanta” 58 xalla seriya “A”da 7-ci, “Latsio” isə 51 xalla 9-cu yerdədir.

Həmin kateqoriyadan