“Biz həmişə bu ədaləti qorumağa çalışmışıq və bundan sonra da çalışacağıq”

“Bildiyiniz kimi, bu gün bütün dünyada ədalətli oyunlar günüdür. Azərbaycanda ədalətli oyunlar komissiyası artıq 28 ildir fəaliyyət göstərir. Bu gün komissiyanın ötən ilin yekunlarına əsasən müəyyənləşdirdiyi nominasiyalar üzrə qaliblərini mükafatlandırdıq”.

Allsport.az saytı xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə KİV-lə ayaqüstü söhbətində dedi. Onun sözünə görə, bu müddət ərzində idmanda ədalət prinsiplərinin təbliği istiqamətində mühüm işlər görülüb:

“Azərbaycanın tanınmış idmançıları, məşqçiləri və hakimləri bu mükafatları aldılar. Ümumiyyətlə, idmanın əsas prinsiplərindən biri ədalətdir. Biz həmişə bu ədaləti qorumağa çalışmışıq və bundan sonra da çalışacağıq”. 

Həmin kateqoriyadan