Bölgə birincilikləri Şamaxıda

Bu gün boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsi start götürəcək. Allsport.az saytı xəbər verir ki, Şamaxı olimpiya mərkəzində yarışda 18 çəkidə qaliblər müəyyənləşəcək.

Yarışda 57 komandanın 159 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.

Yarışın baş hakimi Anar Babanlı olacaq. Döyüşləri yerli ədalət təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Moldova, Qırğızıstan və Özbəkistandan beynəlxalq dərəcəli referilər də idarə edəcək.  

Həmin kateqoriyadan