- Baxış sayı: 69
- 21 May 2026 15:09
- Baxış sayı: 75
- May 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, mayın 22-də Beynəlxalq bioloji müxtəliflik günü münasibətilə Bakı 2026 – “Dünyanın idman paytaxtı” və “Bakı şəhərsalma həftəsi” çərçivəsində gənclər və idman nazirliyi, Azərbaycan üzgüçülük federasiyası, üzülə bilən şəhərlər ittifaqı və BMT-nin məskunlaşma proqramının (UN-Habitat) təşkilatçılığı ilə “Canlı şəhərlər üçün SPLASH” tədbiri keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin məskunlaşma proqramının icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan üzgüçülük federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk “dəmir adamı” Firdovsi Kərimov çıxış ediblər. Tədbirə qoşulan hər kəsə təşəkkür ediblər və üzgüçülüyün sağlam həyat tərzində rolunu qeyd ediblər.
Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulublar.