Qavi: “Real”ın baş məşqçisi Valverde ilə davadan sonra Çuameni meydana buraxmamalı idi

“Barselona”nın yarımmüdafiəçisi Qavi, “Real”ın yarımmüdafiəçiləri Federiko ValverdeOrelyen Çuameni arasında baş verən münaqişə ilə bağlı fikrini bildirib.

Allsport.az saytı xəbər verir ki, “El Klassiko”dan üç gün əvvəl oyunçular məşqdə ciddi mübahisə yaşayıblar və bu da uruqvaylı yarımmüdafiəçinin başından zədə almasına səbəb olub. Hər 2 oyunçu cərimə olunub, lakin Çuameni sonda “Barselona”ya qarşı matçda (0-2) iştirak edib:

“Mən mövsümün bu mərhələsində məşqdə komanda yoldaşları ilə həmişə qarşıdurmaların olacağına inananlardan biriyəm. Bu, rəqabətdir və müəyyən bir nöqtəyə qədər, əlbəttə ki, burada heç bir nöqsan yoxdur.

Amma əgər söhbət davadan gedirsə, məşqçi həmin oyunçunu meydana çıxarmamalıdır. Əgər dava ediblərsə, mənim fikrimcə, o [Alvaro Arbeloa] Çuameni daxil etməklə və onu oynamağa buraxmaqla səhv edib. Amma mən də əslində nə baş verdiyini bilmirəm”.

Həmin kateqoriyadan