Oğul Çxadadze Azərbaycana qayıtdı

Millimizin Avro-2016-nın seçmə mərhələsindəki oyunu ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən “İnter” hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, Kaxaber Çxadadzenin komandası bugünkü məşqdə müxtəlif tapşırıqlar üzərində çalışıb.

Sabah “Simurq”la yoxlama görüşündə üz-üzə gələcək “bankirlər”in heyətində itki yoxdur. Zədə səbəbindən bir müddətdir meydanlardan uzaq qalmış Baçana Çxadadze də artıq Bakıdadır. “Kaxa”nın oğlu dünəndən etibarən fərdi məşq edir.

Həmin kateqoriyadan