Oğuz Çətindən qalmaqallı həmyerlisinə tərif

“Xəzər Lənkəran” klubunun çalışdırıcısı Oğuz Çətin, Türkiyənin qalmaqalları ilə tanınan mütəxəssisi Yılmaz Vuralın milli komandamızın baş məşqçi postuna namizəd olması haqda yayılan xəbərlərə münasibət bildirib. Allsport.az saytı futbolxeber.az-a istinadən məlumat verir ki, o, açıqlamasında həmyerlisinin şəninə tərif deyib:

“Yılmaz Vural çox savadlı, dəyərli məşqçidir. Bu təyinat reallaşarsa, onun Azərbaycan millisinə böyük xeyri dəyər. Biz eyni millətin nümayəndəsiyik, eyni mədəniyyətə sahibik. Yılmaz Vural məşqçi kimi 30 illik təcrübəyə sahibdir. O Türkiyənin ən təcrübəli məşqçilərindəndir. Milli komandanı çalışdırmasa da, xeyli klubda fəaliyyət göstərib. Onun fəaliyyəti Azərbaycan yığmasında yalnız fayda verə bilər”.

Həmin kateqoriyadan