- Baxış sayı: 47
- 10 Sentyabr 2026 11:52
- Baxış sayı: 363
- Sentyabr 08, 2026
- 0

“Ayntraxt Frankfurt”un hücumçusu Elye Vahi karyerasını ölkəsində davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Nitsa” 23 yaşlı oyunçunu icarəyə götürüb.
Forvard 2026/27 mövsümünün sonunadək Fransa klubunda çıxış edəcək. Müqavilədə satınalma bəndi də yer alıb.
Xatırladaq ki, Vahi 2025-ci ilin yanvarında “Lans”dan “Ayntraxt Frankfurt”a keçib. O, Almaniya klubunda bütün turnirlərdə 25 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fransalı hücumçu ötən mövsümün ikinci yarısını da icarə əsasında “Nitsa”da keçirib. O, 19 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.