Orxan Əliyev UEFA-nın siyahısında 6-cı oldu

Milli çempionatlarda qol vuran 10 ən gənc futbolçunun siyahısı açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA-nın Avropa ölkələri üçün tərtib etdiyi siyahıya yüksək liqada qol hesabını 16 yaşadək açan futbolçular daxil olub.

Bu siyahıya “Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Orxan Əliyev də düşüb. Belə ki, futbolçumuzun 15 yaş 236 günlüyündə fərqlənməsi UEFA-nın diqqətindən yayınmayıb. 2011-ci ilin avqustunda “Qəbələ” ilə görüşdə fərqlənməsi Orxanı rekordçular siyahısına daxil edib. Orxan UEFA-nın bütün liqaları və bütün illəri əhatə etmədiyindən natamam sayılan siyahısında 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan