- Baxış sayı: 66
- 13 Sentyabr 2026 23:54
- Baxış sayı: 116
- Sentyabr 13, 2026
- 0

“Qarabağ” premyer liqanın V turunda səfərdə “Zirə” ilə 1:1 edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Maraqlı oyun alındı. Sona kimi gərgin və sürətli hücumlarla keçən mübarizə oldu. Hər iki komanda ən azı 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq və meydanda daha yaxşı işlər görürəm. Bir-birini tamamlayan epizodlar getdikcə yaxşılaşır. Xallarımızın üzərinə daha 1 xal gəldi.
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, sona kimi möhtəşəm şəkildə dəstək oldular. Qarşıdakı günlərdə növbəti matça hazırlaşacağıq. Bizə yeni qoşulan futbolçular da get-gedə uyğunlaşırlar. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizə fürsət düşəcək”.