- Baxış sayı: 28
- 22 İyun 2026 02:18
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Turan Tovuz” növbəti futbolçu transferini həyata keçirib.
Allsport.az xəbər verir ki, son olaraq “Neftçi”nin şərəfini qorumuş yarımmüdafiəçi Filip Ozobiçlə 1+1 illik müqavilə imzalanıb.
Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç Azərbaycanda “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən formasını geyindiyi Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.