- Baxış sayı: 22
- 20 Sentyabr 2026 13:03
- Baxış sayı: 169
- Sentyabr 17, 2026
- 0
Topaz və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər üçün Premyer Liqanın bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılacaq. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 13-cü turundan etibarən hər turun bir oyununa bu tip səfərlər gerçəkləşdiriləcək.
İlk belə səfər 13-cü turda baş tutacaq “Qəbələ” – “Simurq” (23.11.2014, saat 17:15) oyununadır. Matçı işıqlandırmağı arzulayan jurnalistlər bununla bağlı info@pfl.az ünvanına müraciət edə bilərlər. Jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat vasitəsi ayrılacaq. Avtobus bir günlük səfər üçün AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
Qeydiyyat müddəti 22 noyabr saat 12:00-da başa çatacaq.