- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


Antidopinq qaydalarını pozduğuna görə cəza çəkən 2018-ci ilin dünya çempionu Pol Poqba təqaüdə çıxmaq niyyətində olmadığını bildirib.
Allsport.az xəbər verir ki, fransalı futbolçu fevralda 4 il müddətinə futboldan uzaqlaşdırılıb. 31 yaşlı Poqbanın testosteron testi müsbət çıxıb. Daha əvvəl sosial şəbəkələrdə futbolçunun köhnə sitatı yayılmışdı: “Bitdi, mən öldüm, Pol Poqba artıq yoxdur”.
“Futbolla bitdiyimi dediyim videonu görmürsənsə, bunun səbəbi hələ də futbolçuyam. Mən hələ də buradayam, pozitivəm. Haqsızlıqla mübarizə aparmaq imkanım var.
Bilmirəm siz o müsahibəni tam görmüsünüzmü. Onlar yalnız elə bir parça yerləşdirdilər ki, orada danışmağı belə bitirmədim. Mən heç vaxt deməmişəm ki, Poqba artıq yoxdur, Poqba buradadır. Sonra başqa bir şey dedim”.