- Baxış sayı: 4
- 21 İyul 2026 22:55
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

“İmişli” yeni futbolçu transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə 1 illik müqavilə imzalayıb.
Oyunçu karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib. O, son olaraq “Kəpəz”in uğurları üçün mübarizə aparıb.