FOTO
Robert Prosineçki ictimaiyyətə təqdim olundu

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ictimaiyyətə təqdim olunub. Allsport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək xorvatiyalı mütəxəssisə fəaliyyətində uğurlar arzulayıb.

Rövnəq Abdullayev və Robert Prosineçki müqaviləni imzalayıblar və AFFA prezidenti üzərində Robert Prosineçkinin ad və soyadı yazılmış Azərbaycan milli komandasının 8 nömrəli futbolkasını, AFFA-nın vımpel və şərfini məşqçiyə hədiyyə edib. Sonra AFFA-nın prezidentinin və xorvatiyalı məşqçinin mətbuat konfransı keçirilib.

Həmin kateqoriyadan